SON DƏQİQƏ

Qızıl və neft ucuzlaşıb

Tarix:2-06-2017, 10:01

Amerika fond bazarında Dow Jones indeksi 0,65% - 21 144,18 bəndədək, S&P 500 0,76% - 2 430,06 bəndədək, NASDAQ isə 0,78% - 6 246,83 bəndədək bahalaşıb.

 

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,32% - 7 543,77 bəndədək, Fransa CAC-40-ı 0,66% - 5 318,67 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,40% - 12 664,92 bəndədək bahalaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 6,70 dollar azalaraq 1 263,40 dollara, gümüş isə 0,10 dollar azalaraq 17,18 dollara satılıb.

 

*****

 

Dünya birjalarında neft ucuzlaşıb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,33 dollar və ya 0,68% azalaraq 48,03 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,29 dollar və ya 0,57% azalaraq 50,34 dollar olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN