SON DƏQİQƏ

Qızıl bahalaşıb, neft ucuzlaşıb

Tarix:6-06-2017, 10:25

Amerika fond bazarında Dow Jones indeksi 0,10% - 21 184,04 bəndədək, S&P 500 0,12% - 2 436,10 bəndədək, NASDAQ isə 0,16% - 6 295,68 bəndədək ucuzlaşıb.

 

Avropa fond bazarlarında FTSE 100 indeksi 0,29% - 7 525,76 bəndədək, Fransa CAC-40-ı 0,66% - 5 307,89 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 1,25% - 12 822,94 bəndədək bahalaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 4,30 dollar artaraq 1 287,00 dollara, gümüş isə 0,01 dollar artaraq 17,59 dollara satılıb.

 

******

 

Dünya birjalarında neft ucuzlaşıb.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,20 dollar və ya 0,42% azalaraq 47,20 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,42% azalaraq 49,26 dollar olub.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN