SON DƏQİQƏ

SOCAR yeni şirkət yaradıb

Tarix:7-06-2017, 10:58

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) törəmə şirkətlərindən birini - “SOCAR-KPŞ” MMC-ni ləğv edib. Bu barədə SonXəbərlər-ə Vergilər Nazirliyinə istinadən xəbər verir.

 

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, 18 ünvanına bildirə bilərlər.

Bundan başqa, SOCAR həmçinin yeni şirkət yaradıb. Belə ki, Vergilər Nazirliyi “SOCAR İT” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 113, nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi Vüsal Mehman oğlu Əhmədovdur.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN