Dünya birjalarında neftin bahalaşması davam edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,39% artaraq 46,26 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,43% artaraq 48,50 dollar olub.
*******
Amerika fond bazarında Dow Jones indeksi 0,17% - 21 235,67 bəndədək, S&P 500 0,10% - 2 429,39 bəndədək, NASDAQ isə 1,80% - 6 175,47 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,21% - 7 511,87 bəndədək, Almaniya DAX-ı 0,98% - 12 690,44 bəndədək, Fransa CAC-40-ı 1,12% - 5 240,59 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,90 dollar azalaraq 1 268,00 dollara, gümüş isə 0,05 dollar azalaraq 16,90 dollara satılıb.