SON DƏQİQƏ

Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb

Tarix:14-06-2017, 11:52

Ötən hesabat həftəsində ABŞ-da xam neft ehtiyatları 2,7 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların 2,7 milyon barrel azalacağı istiqamətində idi.

AZƏRTAC xəbər verir ki, bu barədə Amerika Neft İnstitutu (API) tərəfindən açıqlanan məlumatda deyilir.

Bildirilir ki, ABŞ-da benzin ehtiyatları keçən həftə 1,794 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların 457 min barrel azalacağı istiqamətində idi. Əmtəəlik ehtiyatlar isə 1,451 milyon barrel azalıb. Bazar proqnozları ehtiyatların 686 min barrel azalacağını göstərirdi.

ABŞ-ın əsas neft terminalı olan “Cushing”də neft ehtiyatları 833 min barrel azalıb.

Ehtiyatlarla bağlı rəsmi rəqəmlər isə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən bu gün açıqlanacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN