Bərdə rayonunda baş verən güllələnmə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, hadisəni törədən Asif Hümbətov iş üzrə şübhəli şəxs qismində tutulub.
İstintaq davam etdirilir.