Dələduzluqda ittiham edilən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qəmbərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hökm oxunub.
Hökmə əsasən R.Qəmbərov 8 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs olunub.
İttihama görə, R. Qəmbərov zərərçəkmiş Ceyhun Bayramovdan Birləşmiş Ərəb Əmirliklərindən "LG" markalı kondisioner alıb gətirib "Sədərək" Ticarət Mərkəzində sataraq qazanc ilə birlikdə qaytaracağını vəd edərək ondan 115 min dollar alıb.
Digər zərərçəkən Afiq Qafarovdan da eyni vədlə 54 min 987 manat alıb.
R.Qəmbərov özünü təqsirli bilməyib və pulu faizə aldığını, artıqlaması ilə qaytardığını deyib.
Məhkəmə zərərçəkmişlərin mülki iddialarını da təmin edib.
Sonxeberler.info