SON DƏQİQƏ

Ziya Məmmədovun qardaşı oğluna qarşı dələduzluq işi - idmançıya hökm oxunub

Tarix:10-05-2018, 16:11

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

 

Məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən R.Heybətova 1 il sınaq müddəti olmaqla şərti cəza verilib.

 

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

 

Məlumata görə, sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. Rövşən Heybətov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

 

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib. Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min manat olduğunu deyib. Rövşən Heybətov isə 150 min manat ödədiyini deyir.

 

Qeyd edək ki, Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

 

 

Sonxeberler.info

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN