SON DƏQİQƏ

Ağdaşda evdən oğurluq edən şəxs saxlanılıb

Tarix:7-05-2018, 18:55

Ağdaşda evdən oğurluq edən Kürdəmir sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 25-də Ağdaş rayonu Ləki qəsəbə sakini Nuru Sadıqov RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən 1000 manat, 5500 rus rublu , həmçinin 300 manat dəyərində qızıl üzüyün oğurlandığını bildirib.

 

daxil olmuş müraciət əsasında Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Nəsirov saxlanılıb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

 

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN