SON DƏQİQƏ

"Dedi ki, qadınsan, səninlə işimiz olmayacaq"- professor evinə basqın işi

Tarix:14-05-2018, 13:09

Tanınmış professor Kamal Abdullayevin evinə basqın etməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Təqsirləndirilən şəxslər Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevdir.

Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş qismində “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin xanımı İlhamə Yusifova ifadə verib.

O bildirib ki, hadisə zamanı ona da xəsarət yetirilib. İ.Yusifova söyləyib ki, qaranlıq olduğundan ona kimin xəsarət yetirdiyini bilmir.

Zərərçəkmiş onu da söyləyib ki, təqdirləndirilən şəxslərdən biri ona qadın olduğu üçün heç nə etməyəcəklərini də deyib: "Qaranlıq idi. Üzlərini görməsəm də biri mənə dedi ki, qadınsan, səninlə işimiz olmayacaq, amma səsin çıxmasın".

İ.Yuaifova istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmə prosesi mayın 21-də davam etdiriləcək

İttihama görə, Firdovsi Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib.

F.Əliyev 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikası böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.

İttihamda yazılır ki, bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər.

"Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə uyudublar"- deyə ittihamda yazılır.

Məlumata görə maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

Hadisə 2017-ci ildə Binəqədi rayonu ''Varovski'' qəsəbəsində baş verib.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN