SON DƏQİQƏ

Sevgilisini bıçaqlayan Racxana 9 il cəza istənildi

Tarix:14-05-2018, 11:13

Sevgilisini bıçaqlayan şəxsin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Racxan İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında R.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə R.İbrahimovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müvəkkili ilə zərərçəkmiş artıq barışıb, onun şikayəti yoxdur.

R.İbrahimov son söz üçün məhkəmədən vaxt istəyib. Növbəti məhkəmə iclası mayın 21-nə təyin edilib.

Bildirək ki, R.İbrahimov sevgilisi Ellada Əlizdadəni qısqanclıq zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən R.İbrahimova Cinayət Məcəlləsinin 126.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.


Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN