Qardaşını öldürməkdə təqdirləndirilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əliyev Əli Ramazan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatət verərək Əli Əliyev barəsində Kompleks məhkəmə stasionar psixiatrik və pxiloji ekspertizanın keçirilməsini istəyib.
Məhkəmə vəsatəti təmin edib. Əli Əliyev müayinə üçün 1 saylı psixiatriya xəstəxanasıma göndərilib.
Prosrs qeyri-müəyyən vaxta təxirə salınıb.
Hadisə ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada baş verib.
Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.
1990-cı il təvəllüdlü Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü il təvəllüdlü Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.
Hadisənin ilkin təfərrüatına görə qardaşlar televizora baxmağa görə mübahisə ediblər.
Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endib.
Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib.
Sonxeberler.info