Dostunu amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Amal Zülfqarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.
Prokuror A.Zülfüqarovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış edərək müvəkkili barəsində yüngül cəza verilməsini istəyib.
Amal Zülfiqarov son sözündə peşman olduğunu deyib: "Elədiyi şeyin qarşılığını gərək başqa cür edərdim. Mən bu cür elədim. Bundan peşmanam. Mənə verilən ittihamlar çox ağır idi. Çünki həmin vaxtı mən özümdə olmamışam".
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən A.Zülfüqarov 19 il azadlıqdan məhrum edilib.
İttihama görə Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.
Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanfa Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.
Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyəytdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 221-ci maddələri ilə ittiham irəli sürülüb.
Amal Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıqla adam öldürdüyünü etiraf edib.
Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində baş verib. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb.
Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Amal Zülfüqarov ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.
Sonxeberler.info