SON DƏQİQƏ

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb

Tarix:21-05-2018, 16:08

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlayanlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, nazirliyin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN