Bakıda adam bıçaqlayan Avropa çempionuna hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Xətai Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Eldar Mikayılovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən X.Məmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə Nərimanov rayonunda baş verib. 1983-cü il təvəllüdlü X.Məmmədov məhlə uşağı Niyaməddin Rüstəmovu bıçaqlayıb.
Hadisəyə səbəb maşın saxlamağa görə baş verib. Qonşular bir-biri ilə buna görə mübahisə ediblər. Mübahisə qanlı hadisə ilə başa çatıb
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, X.Məmmədov 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.
Sonxeberler.info