SON DƏQİQƏ

Türkiyədən Azərbaycana ekstradisiya olunan şəxsə hökm oxunub

Tarix:5-09-2019, 20:54

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Haldun Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, H. Hacıyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü H.Hacıyev dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Vətəndaşların şikayətləri əsasında, H.Hacıyev barəsində hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, lakin o istintaqdan yayınıb.

H.Hacıyev “İnterpol” xətti ilə Türkiyədə saxlanılıb. O, bir müddət sonra Azərbaycana ekstradisiya edilib.

Cinayət işində 5 zərərçəkmiş var.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN