SON DƏQİQƏ

Qətl törədib intihara cəhd etmişdi - Abışov hakim qarşısında

Tarix:9-09-2019, 12:52

Bakıda qətl törətdikdən sonra özünü öldürməyə cəhd edən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fərhad Abışovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 16-a təyin edilib.

Hadisə bu il iyun ayında Səbail rayonunda qeydə alınıb. 1982-ci il təvəllüdlü, Ağsu rayonunda qeydiyyatda olan Abışov Fərhad Cəlal oğlu qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızını bıçaqlayıb. Qadın qanaxmadan ölüb

Məlumata görə, F.Abışov daha sonra Səbail rayonunda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Onunla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN