SON DƏQİQƏ

Şəhidimizin Elçin Quliyevlə şəkillər yayıldı Şəhidimizin Elçin Quliyevlə şəkillər yayıldı

Tarix:3-10-2019, 11:12

Xəbər verdiyimiz kimi, dünən cəbhənin Qazax istiqamətində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində daha bir Azərbaycan vətəndaşı şəhid olub. JAMAZ.İNFO xəbər verir ki, oktyabrın 2-də cəbhənin Qazax istiqamətində ermənilərin açdığı atəş nəticəsində Dövlət Sərhəd Xidmətinin mülki xidmətçisi Səfər Ələkbər oğlu Alışov aldığı güllə yarasından şəhid olub.
Səfər Alışov Masallı rayonunun Əmirtürbə kəndində dünyaya gəlib. Xeyli müddətdir ki, DSX-nın mülki işçisi kimi çalışıb. Bir müddət əvvəl isə o, ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Sağaldıqdan sonra yenidən xidmətinə davam edib.
DSX-dən verilən məlumata görə, dünən saat 16:55 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovatorumuz düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü mülki şəxs Alışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, görülən tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Şəhid Səfər Alışov bu gün doğulduğu Əmirtürbə kəndində dəfn olunacaq.
Allah rəhmət eləsin!скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN