SON DƏQİQƏ

Səbail rayonunda 40 yaşlı kişi 9-cü mərtəbədən yıxılıb

Tarix:22-10-2019, 22:12

Bakıda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonu, Gülbala Əliyev 9 ünvanında qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Novruzov Ramin Fazil oğlu yeni tikilən hündürmərtəbəli binadan yıxılıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması və sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub. Yaralı reanimasiyaya yerləşdirilib.скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN