Şəmkirdə bibisini qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Ayxan Zamanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu il Şəmkir rayonunun Səttarxan küçəsi 21 ünvanında qeydə alınıb. Belə ki, Ayxan Zamanov yaşadıqları evin həyətindəki hamamda bibisi, bir uşaq anası olan Aynurə Zamanovaya mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirib, daha sonra isə onun boğazını kəsib. Qadının meyiti hadisədən bir müddət sonra hamamda aşkar edilib. Aparılan ilkin əməliyyat-istintaq əməliyyat tədbirləri nəticəsində Ayxan Zamanov saxlanılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilib.