SON DƏQİQƏ

Sumqayıtda polis narkobaronu 3,5 kiloqram heroinlə yaxaladı

Tarix:15-01-2021, 17:50

Hüquq-mühafizə orqanları əməkdaşları Sumqayıt şəhərində narkotik maddələrin satışı ilə məşğul olan narkobaronu yaxalayıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağabəyov Sumqayıt şəhəri ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 kiloqram 510 qram heroin aşkar edilərək götürülüb. (milli.az)скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN