SON DƏQİQƏ

Ölkədə daha bir azyaşlı intiharı

Tarix:1-05-2017, 10:38

Xızı rayonunda 14 yaşlı məktəbli özünü asaraq intihar edib.
 
Hadisə rayonun Stalçay kəndində baş verib.
 
Belə ki, həmin kəndin sakini, 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətində tövlədən asıb.
 
Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da məktəblinin həyatını xilas eləmək mümkün olmayıb. 
 
O, aprelin 30-u gecə saatlarında xəstəxanada ölüb.
 
Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib və hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN