Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.
Döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilən Məhsəti qəsəbə sakini, 1985-cü il təvəllüdlü Sakit Alıyev xəstəxanada dünyasını dəyişib.
S. Alıyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncədə bıçaqlanma olub.
Şəhərin Məhsəti qəsəbəsində yaşayan 1985-cü il təvəllüdlü Sakit Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
S. Alıyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.