SON DƏQİQƏ

Bakıda avtomobil 25 yaşlı gənci vuraraq öldürüb

Tarix:4-05-2017, 14:43

Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

 

Xəbər verilir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

 

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır. Hadisəni törətmiş sürücü saxlanılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN