İki yük maşını toqquşub.
Bu barədə SonXəbərlər FHN-nin saytına istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun təqribən 10-cu kilometrliyində Qaradağ rayonu ərazisində “DAF” markalı yük avtomobili ilə “Kamaz” markalı yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 23:49-da başa çatıb.