SON DƏQİQƏ

İstanbulda bir azərbaycanlını öldürən, 5 türkü yaralayan şəxs tutuldu

Tarix:5-05-2017, 14:14

İstanbulun Bahçelievlər ərazisində bacısına hirslənərək 1 nəfəri öldürən, 5 nəfəri yaralayan şəxs tutulub.

Virtualaz.org xəbər verir ki, bu barədə “milliyet” məlumat yayıb.

Bahçelievlər və Beykoz Təhlükəsizlik İdarəsi əməkdaşları hadisəni törədən E.A adlı şəxsi silahı ilə birlikdə zərərsizləşdiriblər.

Xatırladaq ki, hadisə aprelin 13-də axşam saatlarında baş verib. Bacısı ilə naməlum səbəbə görə dalaşan şəxs küçəyə çıxaraq qarşısına çıxanı güllələyib. Aldığı güllələrdən bir Azərbaycan vətəndaşı həyatını itirib, daha beş nəfər isə yaralanıb.

Araşdırma zamanı məlum olub ki, həmin şəxs indiyə qədər 7 ayrı-ayrı oğurluq hadisəsi, 6 fərqli hadisədə qəsdən adam yaralama, 2 dəfə bilməyərəkdən adam yaralama, qarət və silah saxlama qanunun pozulması cinayətlərini törədib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN