SON DƏQİQƏ

Bakıda zəncirvari yol qəzası baş verib

Tarix:5-05-2017, 14:15

Bakıda zəncirvari yol qəzası baş verib.

 

APA-nın xəbərinə görə, qəza paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Azadlıq prospektində «Qaz – 3110», «Daewoo» və «Mercedes» markalı avtomobillər toqquşub. İlkin versiyaya görə, qəzaya səbəb “Mercedes” olub. Belə ki, ara məsafəsi saxlamayan “Mercedes” qarşıda işıqforun qırmızı işığında dayanan Daewoo ilə toqquşub, sonuncu isə zərbənin gücündən qarşıdakı “Qaz – 3110”-a çırpılıb.

Xəsarət alan olmayıb.

Araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN