Bakıda bıçaqlanma hadisəsi baş verib.Sonxeberler.info report.az-a istinadən bildirir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, "Südçülük sovxozu" kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Kazımov Nizami Əmirxan oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.