Atasının sexində adam bıçaqlayan və bir müddət polisdən qaçan şəxsə hökm oxunub.
Sonxeberler.info xəbər verir ki, borc üstəndə adam bıçaqlamaqda təqsirləndirilən Ceyhun Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hökmə əsasən Ceyhun Mustafayev 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Cinayət hadisə ötən il Binəqədi rayonunda yerləşən taxta sexində baş verib.
Hadisənin baş verdiyi sex Ceyhun Mustafayevin atasına məxsus olub. C.Mustafayev orada işləyən işçilərdən birinə borc pul verib. Pulunu geri ala bilmədiyi üçün aralarında mübahisə düşüb. C.Mustafayev mübahisə etdiyi şəxsə bıçaqla zərbə endirib.
Ceyhun Mustafayev cinayət hadisəsini törədəndən sonra bir müddət istintaqdan yayınıb. O, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı həbs edilib.
Məhkəmə zamanı məlum olub ki, Ceyhun Mustafev əvvəllər də məhkumluq həyatı yaşayıb.