SON DƏQİQƏ

Bakıda saxta pul kəsən şəxslər tutuldular

Tarix:15-05-2017, 12:57

Bakıda saxta pulların dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

SonXəbərlər DİN-ə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Sərxan Məmmədovdan 0,203 qram heroin, 2 ədəd 50 manatlıq, 1 ədəd 20 manatlıq, Əfqan Nağıyevdən isə 0,236 qram heroin, 2 ədəd 50 manatlıq və 3 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb.
 
Davam etdirilən əməliyyat tədbirləri ilə saxta əskinasları hazırlayan Yeni Suraxanı qəsəbə sakini Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN