SON DƏQİQƏ

Atasını öldürən oğul tutuldu - AZƏRBAYCANDA

Tarix:22-05-2017, 14:38

Biləsuvarda atasını öldürən oğul həbs edilib.

SonXəbərlər DİN-ə istinadən xəbər verir ki, mayın 18-də Biləsuvar rayonunun Zəhmətabad kənd sakini İradə Rəsulovanın mayın 14-də atası Təzəbəy Rəsulovun ölməsi, qohumları tərəfindən ona xəbər verilmədən dəfn edilməsi və bu səbəbdən onun öldürülməsindən şübhələndiyini bildirməsi barədə ərizəsi əsasında görülmüş tədbirlərlə T.Rəsulovun meyiti eksqumasiya edilib.
 
Araşdırmalar zamanı onun boğma yolu ilə qətlə yetirilməsi müəyyən edilib.
 
Həyata keçirilən istintaq və əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən oğlu Rahib tutulub.
 
Faktla əlaqədar cinayət işi başlanılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN