SON DƏQİQƏ

Xaçmazda ana özünü oğlunun kəməri ilə asdı

Tarix:26-05-2017, 17:00

Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

SonXəbərlər report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib. 
Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan report-a bildirib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib. 
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN