SON DƏQİQƏ

Bakıda 5 yaşlı uşağı avtomobil vurub

Tarix:31-05-2017, 10:43

Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

SonXəbərlər report.az-a istinadən bildirir ki, hadisə Səbayel rayonu, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.

Belə ki, "90-SU-592" dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN