SON DƏQİQƏ

Oğrular saxlanılıb

Tarix:7-06-2017, 11:58

İmişlidə mal-qara oğruluğu edən qrup saxlanılıb.

SonXəbərlər APA-ya istinadən xəbər verir ki, İmişli rayon Çaxırlı kəndinin sakinləri polisə   müraciət edərək iribuynuzlu heyvanlarının oğurlandığını bildiriblər. İmişli polis şöbəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq törədən 3 nəfər şəxs saxlanılıb. Həmin şəxslərin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisində salınmış qəsəbə sakinləri olduğu məlum olub. Belə ki, 9 Saylı qəsəbə sakini 31 yaşlı Məmişov Fuad Polad oğlu, 2 saylı qəsəbədə məskunlaşan həmyerliləri,  1993-cü ci il təvəllüdlü Paşalı Aruz Əli oğlu və Həsənli Qalib İnqlab oğlu qrup şəklində oğurluq hadisəsini törədiblər. Adı çəkilən şəxslər Çaxırlı kəndi ərazisindəki örüş sahəsindən Şahin Əliyevə məxsus  2 baş,  Şəmsəddin Mehdiyevə məxsus 1 baş,  Bərxudar Ağayevə məxsus 1 baş,  Əlniyaz Əliyevə məxsus  2 baş və  Elxan Şirinova məxsus 1 baş iri buynuzlu  heyvanı  oğurlayaraq İmişli rayon Qızılkənd ərazisinə gətiriblər. Daha sonra heyvanları  idarə etdikləri  02-BG-659 dövlət nömrə nişanlı  "Qaz 53" markalı  yük maşınına yığıb hadisə yerindən qaçıblar.

Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4 maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır. Adı çəkilən şəxslərin digər cinayətlərdə iştirakının olub-olmadığı  araşdırılır. 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN