SON DƏQİQƏ

Piyadanı öldürən sürücü qaçdı - SAMUXDA

Tarix:8-06-2017, 16:27

Samux rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SonXəbərlər report-a istinadən xəbər verir ki, hadisə iyunun 7-də Samux şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhər ərazisində sürücüsü hələlik məlum olmayan  avtomobil yolu keçmək istəyən şəhər sakini  Bəxtiyar Zeynalov vurulub.

Sürücü qəzanı törətdikdən sonra qaçıb, piyada B.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN