SON DƏQİQƏ

Evlərdən oğurluq edən şəxs məhkəmə zalında həbs edildi

Tarix:13-06-2017, 10:13

Bakıda evlərdən oğurluq edən şəxslərə hökm oxunub. Onlardan biri məhkəmə zalında həbs edilib.

SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İlqar Müslümlü və Nemət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

Təqsirləndirilən şəxslərdən İlqar Müslümlü barəsində həbs qətimkan tədbiri seçilib, Nemət Məmmədov barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilmişdi.

Məhkəmənin hökmü ilə azadlıqda olan N.Məmmədov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (quldurluq) və 185-ci (talama məqsədi ilə avtomobil ələ keçirmə) maddələri ilə təqdirli bilinəm İlqar Müslümlü barəsində isə Cinayət Məcəlləsinin 62-ci maddəsi (sanksiyadan aşağı həddə cəza təyin etmə) tətbiq edilməklə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqdirləndirilən şəxslər Bakıda bir neçə mənzildən oğurluq ediblər, avtomobil qaçırdıblar.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslərlə barışıq əldə edilib, dəymiş zərər ödənilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN