SON DƏQİQƏ

Namus üstündə anasını öldürüb - 16 yaşında qatil olan Maarifin cinayət işi

Tarix:14-06-2017, 11:59

Namus üstündə anasını öldürən 16 yaşlı gənc hakim qarşısına çıxarılıb.

SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Əliyev Maarif Eldar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 21-nə tətin edilib.

Hadisə ötən ilin dekabrında Zabrat-2 qəsəbəsində baş verib.

Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı mübahisə etdikdən sonra güllələyib.

M.Əliyev polisə könüllü təslim olub. O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.

M.Əliyev qətli namus üstündə törətdiyini bildirib.

Hadisədən sonra qonşuların mətbuata dediyinə görə, M.Qurbanovanın əri hadisədən bir müddət əvvəl arvadından küsərək evdən gedib. Qadın isə başqa kişilərlə görüşüb. Bu barədə M.Əliyevə qonşular məlumat verib. Bundan sonra o, anasını güdməyə başlayıb. Küçədə anasının avtomobildən düşdüyünü görən gənc evdə onunla mübahisə edib. Mübahisə bitdikdən yarım saat sonra M.Əliyev anasına divanda əyləşdiyi yerdə atəş açıb. Atəş səsinə qonşular gəlib. M.Qurbanovanın 4 övladı var. M.Əliyev ortancıl oğludur.

O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN