SON DƏQİQƏ

Tovuz sakini döyülərək xəsarət alıb

Tarix:17-06-2017, 11:01

Tovuzda döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dönük Qırıqlı kənd sakini 1990-cı il təvəllüdlü Mədətov Hikmət Fikrət oğlu müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Sərxoş olan H. Mədətov yaşadığı kənddə bir neçə nəfər tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN