SON DƏQİQƏ

Kişilərin həkimdən daha çox qorxduğu üzə çıxdı

Tarix:27-12-2017, 12:09

Türkiyədə aparılan araşdırmaya görə, kişilər diş müalicəsindən qadınlardan daha çox qorxur.

Nəticə əldə etmək üçün yaşı 16-dan böyük olan 1335 nəfərlə görüşülüb. Araşdırma nəticəsində xəstələrin 59 faizinin diş həkimi və diş müalicəsindən qorxduğu müəyyənləşdir. Kişilərin diş həkimi və diş müalicəsindəki qorxularının qadınlardan 12 faiz artıq olduğu ortaya çıxarılıb. Qorxu zamanı kişilərin sürətlə nəfəs alıb-verdiyi və ürəyinin sürətlə döyündüyü müşahidə edildi. Qadınlarda isə əzələlər gərilir və ürəyin ritmi sürətlənir. 

Daha çox kişilər diş müalicəsini gecikdirirlər və bu gecikmə də müalicəyə mənfi təsir göstərir. Kişi xəstələr üçün ən şiddətli qorxu anı xəstənin iynəni görməsi və iynə vurulması anlarında baş verir.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN