SON DƏQİQƏ

Meymun şelfi çəkmək istəyən qadının telefonu əlindən aldı

Tarix:27-10-2017, 09:11

Çinin Xaynan adasındakı Xaykou şəhərində zooparkdakı meymun ziyarətçinin telefonunu “oğurlayıb”.

Bu barədə UPI xəbər verib. Qadın Xaynan vəhşi flora və fauna tropik bağında meymunun qabağında dayanıb şelfi etmək istəyəndə meymun onun əlindən telefonu oğurlayıb. Sahibəsi isə telefonu əlindən verməyib və iki əllə telefonu özünə tərəf dartıb. Uzun çəkməyən çəkişmə mübarizəsindən sonra qadın telefonu geri ala bilib.

2015-ci ildə xəbər verilmişdi ki, Britaniyanın Blekpul şəhərində oranqutanlar videokameradan istifadə etməyi və şelfi çəkdirməyi öyrəniblər.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN