SON DƏQİQƏ

Xərçəng yaratdığı deyilən məşhur “Johnson & Johnson”la bağlı yeni məhkəmə qərarı

Tarix:19-10-2017, 18:00

Məşhur Johnson & Johnson” şirkətinin məhsullarının xərçəng yaratması ilə bağlı məhkəmə hər kəsi təəccübləndirən qərar verib.

Belə ki, ötən aylarda məhkəmə xəstəlik yaratdığı üçün şirkətə 72 min dollarlıq təzminat cəzası vermişdi. Lakin ötən gün məhkəmə bu qərarı dəyişdirərək şirkəti həmin təzminatdan azad edib.

Xatırladaq ki, ABŞ-ın Missuri ştatında yaşayan bir qadınının həmin şirkətin uşaq tozundan istifadə etdiyi üçün xərçəngə tutulduğu və dünyasını dəyişdiyi bildirilirdi. Qadının ailəsi onun vəfatından sonra məhkəməyə müraciət edərək şirkətdən təzminat istəmişdi. Uzun çəkən məhkəmə sonrası məşhur şirkətə 72 min dollarlıq cəza kəsilmişdi. Lakin qeyd etdiyimiz kimi, artıq ötən gün bu qərar ləğv olundu.

Onu da qeyd edək ki, şirkətə qarşı açılan bu cür məhkəmə ilk dəfə deyil. Məlumata görə bu günə qədər şirkətə qarşı ümumilikdə 2.4 min belə iddia qaldırılıb.

Şirkət bu talk tozu əsasında hazırlanan məhsuldan istifadə zamanı xərçəng xəstəlyinin yaranma ehtimalı barədə alıcılara xəbərdarlıq etməməkdə ittiham olunur.

Bu məhsullara şirkətin məhşur Baby Powder uşaq tozu da daxildir.

Şirkət məhsulları ilə xərçəng xəstəliyi arasında əlaqəni rədd edir. Ötən il şirkət buna bənzər iddialara görə 10 milyon dollarla təzminat ödəyib.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN