SON DƏQİQƏ

82 yaşlı qadınla bank oğrusunun film kimi mübarizəsi

Tarix:19-10-2017, 08:47

Avtsraliyada 82 yaşındakı yaşlı bir qadın banka girən silahlı oğruya çətin anlar yaşadıb. Hertha V. adlı 82 yaşlı təqaüdçü qadın sığorta pulunu hesabına keçirmək üçün getdiyi bankda xəzinədarlığa yaxınlaşan kimi bir maskalı soyğunçu da bankın içinə girib.

 

Əlində tapançası olan oğru dərhal bank işçisini təhdid edərək, pulları istəyib. Bu vəziyyəti qəbul etmək istəməyən yaşlı qadın isə adamın arxasından yaxınlaşaraq, onun maskasını başından çıxarıb. Adam öncə yaşlı qadının üstünə qışqırıb, sonra isə yenidən maskasını başına keçirib. Bu dəfə də yaşlı qadın onun maskasını başından çıxarıb və yenidən başına taxmasın deyə onu arxa tərəfə atıb. 82 yaşlı nənəni bu da qane etməyib. Soyğunçunun xəzinədən aldığı pul dolu sellofan torbanı da cəld onun əlindən alıb və “bunlar sənə yox, banka aiddir” deyib. Yaşlı nənənin bu hərəkətindən şoka girən soyğunçu çarəni bankdan qaçmaqda görüb. Amma bankdan çıxan kimi polis onu yaxalayıb. 

 

Hadisədən sonra Avstaliya qəzetlərinə açıqlama verən təqaüdçü qadın deyib ki, o, heç kəsdən qorxmur. Kişilərdən isə ümumiyyətlə qorxmur: ”Hadisə zamanı bankda olan kişilərdə heç birinin tükü də tərpənmədi, soyğunçuya həddini bildirmək istəmədilər. Yəqin ki, mənim də cəsarətimin səbəbi televizorda çoxlu polis serialı izləməyimlə bağlıdır".

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN