Misirdə pul kupyurasının üstündə oğurlandığı ehtimal edilən qızın yazısı tapılıb. Bu haqda “Al Arabiya” xəbər verib. 10 Misir funtunun üzərindəki ərəb yazıları facebookda qızğın mübahisələrə səbəb olub.
Pulun üzərində belə yazılıb: “Məni oğurlayıblar və bir evdə saxlayırlar. Mənim adım Ceyna Şouketdir”. Bu sözlərdən sonra ünvan qeyd olunub. Polis pulun üzərində yazılan ünvanı yoxlasa da, orada şübhəli heç nə tapmayıb. Sözügedən ünvanda hüquqşünas bir qadın və onun oğlu yaşayır. Oğurlandığı iddia olunan qız sözügedən ərazilərdə olmayıb.
Ehtimal olunur ki, əslində bu qeydi qızı oğurlayanlar iz azdırmaq üçün yalan məlumat olaraq yazıblar. 2014-cü ildə xəbər yayılmışdı ki, Çindən olan bir tələbə öz oğurlanmasını senariləşdirib. Məqsəd isə Braziliyadakı futbol matçında oynadığı bəhslərdəki uğursuzluqlarını unutdurmaq olub.
Sonxeberler.info