5 yaşlı milyonçu Geret Ci gözəl həyat yoldaşı və 2 övladı ilə tətilə çıxmaq üçün maraqlı addım atıb.
O, sahib olduğu şirkəti "Snapchat"a 54 milyon dollara satıb. Daha sonra həm Geret, həm də onun həyat yoldaşı avtomobilini, bahalı əşyalarını satıb bütün pulu banka qoyub.
Bütün bu hazırlıqlardan sonra 6 aylıq dünya səyahətinə çıxan ailə öncə, Cənubi Sakit okeana baş çəkib. Onlar indiyə kimi, Fici, Havay, Avstraliya, Yeni Zellandiya və Tayland kimi yerləri gəziblər. Geret və onun həyat yoldaşı öz bloqlarında bunları yazıblar: "Bəlkə də bu səyahətə ömür boyu davam etmək qərarı aldıq. Çünki gələcəkdə yaşayacağımız yerə qərar vermədən öncə həyat və xoşbəxtliklə bağlı hələ çox şey öyrənməli olduğumuzu hiss edirik".
Sonxeberler.info