Şəkillərdə kökəldiyi hiss olunan selfie kraliçası Connie Vhitton doğumdan dörd saat öncə hamilə olduğunu öyrənib. 19 yaşlı Connie tətbiq etdiyi bir dietanın ardınca 6 kilo çəki atıb.
Amma o, səbəbsiz yerə çəki almağa başlayınca olduqca əsəbiləşib və bunu sosial mediada paylaşmaq üçün bir şəkil çəkdi. Amma son zamanlar bel ağrılarından çox əziyyət çəkdiyi üçün həkimə getdi və bunun səbəbinin araşdırılmasını istəyib. Analizlər nəticəsində Connienin hamilə olduğunu öyrəndi.
Doğuma getmədən dörd saat öncə hamilə olduğunu öyrənən Connie aşağıdakıları deyib: “Saat 9-da hamilə olduğumu öyrəndim və saat 13.05-də körpəmi qollarımda gördüm. Bu 4 saat mənoim üçün doqquz ayın tamamı idi deyə bilərəm. Hamilə olmam haqqında ən elementar fikrim belə yox idi. Çünki heç bir əlamət yox idi. Nə mədə bulantısı, nə də baş dönməsi...”
Sonxeberler.info