SON DƏQİQƏ

Hindistanlı 96 yaşında ata oldu...

Tarix:17-10-2017, 22:56

Hindistanlı Ramacit Raqhav 96 yaşında ata olmaqla öz rekordunu təzələyib.

 

“Milliyet” qəzetinin xəbərinə görə, iki il öncə Raqhav ölkənin “ən yaşlı atası” olmuşdu. Özü də 94 yaşında onun ilk övladı dünyaya gəlmişdi.Övladların hər ikisi oğlan uşağıdır. Ramacitin həyat yoldaşı Şakantala Devi isə 52 yaşındadır. Gəncliyində evlənməməyi qərara alan Raqhav 10 il əvvəl Şakantala ilə tanış olub və onlar evlənmək qərarına gəliblər.

 

“Ən yaşlı ata” uzunömürlülüyünü isə həyat tərzinin düzgün olması ilə əlaqələndirib- Saat 05.00-da oyanır, açıq havada tarlada işləyir və saat 20.00-da yatır. Hər gün o, iki litr inək südü içir və əsasən tərəvəzlərlə qidalanır.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN