Türkiyənin Çorum şəhərində “Tufan” adı verilən, 1870 kiloluq qurbanlıq buğa həm qiyməti, həm də görüntüsü ilə hamını şoka salır.
Buğanın ilkin satış qiyməti 25 min manatdır. Fermer Müfit Gürses "Holstein" cinsli buğanı iki il boyunca, özəl üsullarla yetişdirib: “Türkiyənin ən böyük buğası Çorumdan çıxacaq. Bu buğa keçən il 1640 kilo idi. Amma indi 1870 kilodur. Həmkarlarımız inciməsin, amma mən bu məsələdə iddialıyam. Ankara və İstanbulda çox igid buğalar olduğunu eşitsək də, bizim buğamız hamısından böyükdür. Bu məsələdə istənilən şəxslə mübahisə etməyə hazıram”.
Sonxeberler.info