SON DƏQİQƏ

3 D niyə ürək bulandırır?

Tarix:29-09-2017, 07:47

Müasir gənclər üçün 3D formatlı filmlərə baxmaq günün vazkeçilməzidir. Amma belə filmlərə baxdıqdan və ya oyunlar oynadıqdan sonra ürəkbulanma, başgicəllənmə, başağrısı əlamətləri müşahidə olunur. Bu isə lokomosiya xəstəliyinin (orqanizmin bir yerdən digərinə hərəkəti) klassik əlamətləridir. Belə ki, ekranda yaradılan üçölçülü məkan illüziyası beyinin və görmə orqanlarının fəaliyyətinə pis təsir göstərir.

 

Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin oftalmoloqu, professor Ceyms Saltsın sözlərinə görə, sağ və sol gözlər arasındakı əlaqənin zəifliyi səbəbindən insanların bəziləri üçölçülü təsvirləri qavraya bilmir. Belə filmləri layiqincə qiymətləndirmək üçün gözlər arasındakı əlaqə ideal, hər iki gözdəki təsvir eyni dərəcədə əla olmalıdır. Təsviri bütün istiqamətlərdə yaxşı izləmək yalnız bu halda mümkündür.

 

Gözlərin filmə əlaqəli baxması üçün beyin əlavə impulslar göndərir. Film uzun çəkdikdə beyin və gözlər yorulur. Odur ki, üç saat davam edən seans zamanı tamaşaçıların nasazlıq hiss etmələrində təəccüblü heç nə yoxdur.

 

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN