İstanbulda bir qadın həyat yoldaşı ilə yola gedə bilmədiyi üçün məhkəməyə boşanmaq üçün müraciət edib.
Sonxeberler.info xarici mətbuata istinadən xəbər verir ki, işin maraqlə tərəfi isə odur ki, qadın həyat yoldaşının ağzında pis qoxu gəldiyini də boşanma səbəbi göstərib. O bildirib ki, ərinin psixoloji problemləri var və özünü cəmiyyət içində apara bilmir. Xəstə olduğunu qəbul etsə də, həkimə müraciət etmir.
Iddiaçı Hülya. Z "Həyat yoldaşım Semih Z. təzyiqçi və sərt şəxsiyyətə malikdir. Ailə yaxınlarımızın yanında belə hərəkətlərinə nəzarət edə bilmir, məni təhqir edir. Yoldaşımın psixoloji problemlərinin yanında uzun zamandır ağzı iy verməyə başlayıb . Hətta bunun bir narahatlıq səbəbi olduğunu da danışmışıq. Yenə də bir həkimə getmədi. Eyni mühitdə oturan bir adam belə rahatlıqla qoxusunu hiss edə bilir"deyərək boşanmaq istədiyini söyləyib.
Aliment tələb etməyən Hülya Z-nin açdığı iddiaya önümüzdəki günlərdə Ailə Məhkəməsində baxılacaq.
Sonxeberler.info