SON DƏQİQƏ

Nişanlısı atdı deyə dünya turuna çıxdı

Tarix:20-09-2017, 16:57

Tam zamanlı bir işdə insan qaynaqları departamentində çalışan Keti Kolins toyuna həftələr qalmış nişanlısı Tom Soutter tərəfindən atılıb.

 

Yaşadıqlarına görə çox kədərlənən və xəyal qırıqlığına uğrayan gənc qadın öncə işindən çıxıb. Ardınca evini və maşınını satıb. Həyatında yeni bir başlanğıc etməyə qərar verib. Odur ki, Cənubi Şərqi Asiyaya birtərəfli təyyarə bileti alıb. Dünya turuna çıxmağı planlaşdıran Kolins səfəri zamanı nələr yaşadığını yaxınlarına xəbər vermək üçün bir bloq açıb.

 

Daha sonra həyatının sevgisi Siddle ilə evləndi və uşaq dünyaya gəldi. Bu arada bloq yazılarından ibarət “Tənha Qəlblər Səyahət Klubu” adını verdiyi kitablar seriyası ən çox satılan kitabların sırasına girdi. Toyuna həftələr qala atılan Keti deyir ki, bu, həyatı boyunca başına gələn ən yaxşı şey olub. "Yaxşı bir işim, şirin bir evim və rahat bir həyat tərzim vardı, amma həyatımda macəra əskikdi. Dünyanı gəzərək bu əskiyi aradan qaldırmaq istədim və bacardım”.

 

Sonxeberler.com

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN